`Əli və Nino` filminin Avropa premyerası olacaq
16:38 19 Yanvar 2017
Martın 8-də Avropa Parlamentinin üzvü xanım Norika Nikolainin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Gürcüstanın və Azərbaycanın Avropa İttifaqında diplomatik missiyalarının birgə təşkilatçılığı ilə “Əli və Nino” filminin Brüssel şəhərində Avropa premyerası olacaq.
Femida.az-ın məlumatına görə, filmin nümayişinə Azərbaycan Respublikasının Belçika və Lüksemburqda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Gürcüstanın Belçika və Lüksemburqda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Natali Sabanadze, TEAS-ın Belçika nümayəndəliyinin direktoru Mark Vervilgen ev sahibliyi edəcək.
Təqdimatdan sonra keçiriləcək mətbuat konfransında Norika Nikolai iştirak edəcək.
Qeyd edək ki, “Əli və Nino” filminin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Femida.az
Oxunub: 1126
Oxşar xəbərlər
- `Əli və Nino` müəllimləri porno ulduza oxşatdı - Qalmaqal
- `Əli Həsənovun nəvəsi evdə olub` - Astan Şahverdiyevdən qəribə açıqlama
- `Əli Həsənovun nəvəsi həbs olunmaya bilər` – Hüquqşünasdan açıqlama
- `Əlilliyin artması hər kəsi narahat edir` - Elsevər Ağayev
- `Əli Kərimlinin mühacir alveri araşdırılır` - Siyavuş Novruzov
- `Əli Kərimli Oktay Gülalıyevin AXCP-dən qovulması üçün rüşvət vermişdi`
- `Əli Abbasov gəlməsə, danışmayacağam`- Vidadi Zeynalovun məhkəməsindən
- `Əli və Nino` filmi Los Ancelesdə - FOTOLAR
- `Əliyev və Sarkisyanın razılığını gözləyirik` - Uorlik
- `Əli və Nino`nun ilk görüntüləri yayıldı (VİDEO)